Çavuşoğlu Ceyhun Bayramovla görüşdü - Yenilənib
Baxılıb: 184 Tarix: 19-12-2021 14:44
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri özünün tvitter hesabında məlumat paylaşıb.
“İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak etdiyim İslamabadda Azərbaycanın xarici işlər naziri, can qardaşım Ceyhun Bayramovla Qafqazda baş verənləri müzakirə etdik. Bölgəmizdə normallaşmanın hər mərhələsində birlikdə hərəkət etməyə davam edəcəyik”, - Mövlud Çavuşoğlu qeyd edib.
***
Azərbaycan XİN sözügedən görüşlə bağlı məlumat yayıb.
XİN-dən verilən məlumatda bildirilir ki, görüş zamanı nazirlər iki qardaş ölkə arasındakı strateji münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar.
Tərəflər, Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə irəli sürülən 3+3 əməkdaşlıq formatının ilk görüşünün nəticələrini müzakirə ediblər. Əməkdaşlıq mexanizminin irəli aparılmasında maraq ifadə ediblər.
Görüş zamanı Nazirlər, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə hər iki ölkənin birgə iştirak etdiyi üçtərəfli əməkdaşlıq formatları ilə bağlı məsələləri və növbəti aylarda bu istiqamətdə atıla biləcək addımları müzakirə ediblər.
Tərəflər, həmçinin bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası, post münaqişə kontekstində bölgə ölkələri arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ən çox oxunanlar
Son xəbərlər