Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Kərim Vəliyev komandolarla görüşdü - Fotolar

Baxılıb: 644     Tarix: 29-12-2021 10:08   

Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kərim Vəliyev əvvəlcə Quru Qoşunları Komandanlığının qərargah binası, digər idarələrinin inzibati binalarında yaradılan şəraitlə tanış olub və 2021-ci ilin yekunlarına dair müşavirə keçirib.

Hərbi qulluqçular qarşısında çıxış edən general-polkovnik K.Vəliyev qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib.

Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar müşavirədə bir daha şəxsi heyətin diqqətinə çatdırılıb. Hərbi qulluqçuların döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti təhlil edilib, döyüş qabiliyyətinin daha da yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.

Sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi Əməliyyat (Komando) hərbi hissələrindən birində şəxsi heyətlə görüşüb. Müdafiə nazirinin tapşırıqlarını şəxsi heyətə çatdıran general-polkovnik K.Vəliyev hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsinin vacibliyini vurğulayıb.



шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar