Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

AZƏRBAYCAN GUAM-da FƏALLAŞIR... – “Ən vacib məqamlardan biri də odur ki”

Baxılıb: 560     Tarix: 16-01-2022 17:20   

“Azərbaycan-Ukrayna əlaqələri həmişə yaxşı olub. İki dövlətin maraqlarının üst-üstə düşməsini şərtləndirən ən vacib məsələ hər iki dövlətin ərazisində münaqişənin mövcudluğu olub. Bu baxımdan bu dövlətlər hər zaman bir-birinin ərazi bütövlüyünə, müstəqilliyinə dəstək verib”.
Bunu politoloq Şahin Cəfərli Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfrini və ölkələr araslında imzalanan sənədləri şərh edərkən deyib.
Ekspert qeyd edib ki, ölkələri yaxınlaşdıran digər amil, postsovet dövründə yaranan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatıdır. 
“Düzdür, son zamanlar bu təşkilat o qədər də fəal olmayıb. Ancaq, Prezident Əliyevin Ukraynaya səfəri zamanı bu təşkilatın dirçəldilməsi barədə razılıq əldə edilib. Xüsusilə iqtisadi, nəqliyyat və kommunikasiya sahəsində GUAM təşkilatının aktivləşdirilməsi qərara alınıb”,- təhlilçi qeyd edib.
Politoloq hesab edir ki, Prezident İlham Əliyevin səfərinin vacib məqamlarından biri də Azərbaycanın Ukraynadan torpaq sahələri icarəyə götürərək kənd təsərrüfatı məhsulları əkməsi olacaq: “Bu razılaşma Azərbaycanın bu torpaqlarda ərzaq buğdası əkərək öz ərzaq
 təhlükəsizliyinin təmin olunması baxımından vacibdir”.


Ekspert GUAM daxilində siyasi fəaliyyətin aktivləşdirilməsinin Rusiyanın təzyiqlərinə səbəb olma ehtimalları ilə bağlı sualın cavabında deyib ki, Azərbaycan GUAM-da fəaliyyətində həmişə Rusiya faktorunu nəzərə alır: “Azərbaycan Ukraynanın ərazi bütövüyünə dəstək versə də, bu sahədə ehtiyatlı siyasət yürüdür. Çalışır ki, Rusiyanı qıcıqlandıracaq addımlar atmasın. Buna misal kimi, Azərbaycanın Krım platformasının təsis konfransında iştirak etməməsini göstərə bilərik. Yəni, hansı məsələlərdə Rusiyanın Azərbaycana qarşı aqressivliyi yarana bilər, o sahələrdə Azərbaycan bir qədər geri planda durur. Rusiyanın aqressiv addımlar atacağından çəkinir. Bu baxımdan Azərbaycan GUAM daxilində əməkdaşlığın siyasi komponentlərinə deyil, daha çox iqtisadi komponentlərinə üstünlük verir. Səfər zamanı da bunu müşahidə etdik.”
Politoloq GUAM dövlətləri arasında nəqliyyat dəhlizi barədə danışarkən deyib ki, nəqliyyat dəhlizi dedikdə daha çox Azərbaycanın Gürcüstan və Ukraynanın Qara dəniz limanlarından daha geniş istifadəsindən söhbət gedir.
İqtisadçı, deputat Vüqar Bayramov isə bildirir ki, Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır: “2020-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 771 milyon 500 min dollar olub. 2019-cu ildə isə bu göstərici 807 milyon 610 min dollar idi. Pandemiya rəğmən iki ölkə arasındakı ticarət dövriyyəsi 2020-ci ildə cüzi azalıb. Son 4 ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 2.3 dəfə artıb. 2016-cı ildə ölkələr arasında idxal və ixrac cəmi 331 milyon 215 min dollar olmuşdu”.
Vüqar Bayramov bildirir ki, Ukrayna son illər qardaş Türkiyə ilə də iqtisadi əlaqələri gücləndirib. O, qeyd edir ki, Türkiyə ilə Ukrayna arasındakı ticarət dövriyyəsi ötən ilin ilk 9 ayında 50 faiz artaraq 5 milyard dollara çatıb: “İllik dövriyyə artıq 6 milyard dollara yaxınlaşmaqdadır. Tərəflər yaxın illər üçün illik 10 milyard dollarlıq ticarət dövriyyəsi hədəfləyirlər”.
Deputat xatırladır ki, Azərbaycan və Ukrayna eyni zamanda Avropa Birliyinin Şərqi Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edirlər.
Onun sözlərinə görə, hər iki ölkə ərazi bütövlüklərini qarşılıqlı olaraq hər zaman tanıyaraq strateji əməkdaşlıq tarixinə malikdirlər. “Tərəflər arasındakı iqtisadi əməkdaşlığın növbəti illərdə daha da güclənəcəyi gözlənilir".

Qanunvehedef.azшаблоны для dle 11.2