KTMT-nin Qazaxıstandan tez çıxarılmasının arxasında Çin dayanır?
Baxılıb: 186 Tarix: 07-02-2022 13:59
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) silahlı qüvvələrinin Qazaxıstanı qısa zamanda tərk etməsinin yeni versiyası ortaya atılıb: Çin KTMT-nin Qazaxıstanı tərk etməsini istəyib”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu öz sosial şəbəkə hesabında yazıb.
““Exo Moskvı” radiosunun jurnalisti bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin mətbuat sözçüsü Mariya Zaxaroyava sual verib. Sual Zaxarovanın əsəblərinə necə toxunubsa xanım sözçü həm “Exo Moskvı” radiosunu, həm də Rusiyadakı liberalları təhqir edib. “Çin KTMT üzvü deyil, Çin qərara təsir edə bilməzdi” deyən Zaxarova bildirib ki, KTMT qüvvələrinin Qazaxıstandan çıxarılması ilə eyni günlərdə xarici işlər naziri Sergey Lavrovun çinli həmkarının telefon danışığı arasında heç bir əlaqə yoxdur”, - deyə Şahinoğlu yazıb.
Politoloq qeyd edib ki, KTMT qüvvələri Qazaxıstana bu ilin yanvarın 6-da daxil olub, 11 gün sonra ölkəni tərk edib: “KTMT-nin cəmi 11 gün üçün Qazaxıstanda mövcudluğu xeyli suallar doğurub. Məsələ burasındadır ki, küçə yürüşlərinin dağıdılmasında və ekstremist adlandırılan şəxslərin neytrallaşdırılmasında KTMT qüvvələrinin heç bir rolu olmayıb, bunu Qazaxıstandakı qüvvələr təkbaşına həyata keçiriblər. Pekin o günlərdə baş verənlərə qarışmadı. Buna baxmayaraq, Qazaxıstanda böyük yatırımları və layihələri olan Pekin başqa dövlətlərin bu ölkədə qəfil fəallaşmasına seyrçi qala bilməzdi. Pekin Kremllə strateji tərəfdaşlıq formalaşdırsa da, KTMT-nin qüvvələrinin uzun müddət Qazaxıstanda qalması Çinin maraqlarına cavab vermirdi”.
Ən çox oxunanlar
Son xəbərlər