Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Rəsmi Moskvadan sərhəddə erməni təxribatı ilə bağlı - Açıqlama

Baxılıb: 867     Tarix: 13-09-2022 13:11   

“Rusiya Xarici İşlər Nazirliyi rəsmi Bakı və İrəvan ilə sıx təmasdadır”.
Qanunvehedef.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Rusiya XİN sentyabrın 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskin gərginləşməsindən hədsiz narahatlığını ifadə edib.
“Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına əməl etməyə, vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq”, - məlumatda deyilib.
Rusiya Xarici İşlər Nazirliyi, həmçinin Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara müvafiq olaraq KTMT vasitəsilə vəziyyətin həllinə köməklik göstərilməsi üçün müraciət aldığını açıqlayıb.
“Moskva vaxtı ilə saat 09:00-dan etibarən atəşkəslə bağlı əldə edilən razılaşmaya tam riayət ediləcəyinə ümid edirik”, - açıqlamada vurğulanıb.



{sape_links}{sape_article}