Xəbər lenti
26/07/2026 [12:33]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Peskovdan Puqaçovanın “xarici agent” açıqlamasına - Reaksiya

Baxılıb: 697     Tarix: 19-09-2022 16:24   

 Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov SSRİ Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı Maksim Qalkinin ardından ölkəsinin xarici agentləri sırasına yazılmaq istəyinə reaksiya verib.
Qanunvehedef.az “İnterfaks”a istinadən xəbər verir ki, Peskov jurnalistlərin müvafiq sualına cavabında bunu deyib: “Mən bu mövzunu heç cür şərh etməyəcəyəm”.
“Bu açıqlama ilə bağlı hər hansı tədbirlər görmək lazımdırmı” sualına isə “mən bu sualın Kremlə aid olduğunu düşünmürəm”, - deyə cavab verib.
Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi “siyasi fəaliyyətlə məşğul olduğu” və Ukraynadan maliyyə aldığı iddiası ilə Maksim Qalkini xarici agent siyahısına salıb. Qalkin hazırda xaricdə yaşayır, Puqaçova özü bu yaxınlarda uşaqları ilə birlikdə Rusiyaya qayıdıb.
Bunun ardından Puqaçova belə bir açıqlama ilə çıxış edib: “Məni sevimli ölkəmin xarici agentləri sırasına yazmağınızı xahiş edirəm, çünki mən həyat yoldaşımla həmrəyəm”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar