Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Canavar” yüksəkliyi müharibənin ilk günü necə azad edilmişdi? - Video

Baxılıb: 646     Tarix: 28-09-2022 15:47   

Azərbaycan Televiziyası Vətən müharibəsinin ilk günü Kəlbəcərdə azad edilən “Canavar” yüksəkliyindən reportaj hazırlayıb. 3381 yüksəkliyi bütün cəbhəboyu düşməndən azad edilən ilk yüksəklikdir.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, “Canavar” yüksəkliyi itki verilmədən azad edilib. Yüksəkliyin müdafiəsi zamanı isə düşmənin artilleriya hücumu nəticəsində tabor komandiri Rahib Babayev və kapitan Rövşən Pənahov şəhadətə ucalır. Kapitan Emin Yolçuyev və iki əsgər yaralanır.



Rahib Babayev ölümündən sonra Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə”, həmçinin “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.


Rövşən Pənahov da Prezident İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif edilib.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar