Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Türkiyə mediasında Ermənistanın təxribatı ən çox yazılan xəbərlər siyahısına düşüb

Baxılıb: 671     Tarix: 30-09-2022 14:55   

Türkiyənin “Ajans Press” media monitorinq agentliyi sentyabr ayında yerli medianın ən çox işıqlandırdığı mövzuları və xəbər başlıqlarını açıqlayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “İhlas” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, agentlik 1-30 sentyabr tarixləri arasında 15 mindən çox qəzet, jurnal, televiziya kanalı və internet xəbər saytının məzmununu monitorinq edib.
Araşdırmalara görə, qeyd olunan tarixlərdə yerli mediada ən çox yer alan mövzular və xəbər başlıqları bunlardır:
Ermənistanın Azərbaycana qarşı təxribatı;
Serbiyada keçirilən güləş üzrə dünya çempionatında türk idmançılarının qızıl medal qazanması;
İzmirin düşmən işğalından azad edilməsinin 100-cü ildönümü çərçivəsində Tarkanın rekord sayda izləyici ilə keçirilən konserti;
Böyük Britaniya kraliçası II Elizabetin ölümü;
ABŞ-ın sabiq Prezidenti Barak Obamanın “Netflix”in sənədli filmində səsləndirdiyi səsə görə Emmy Creative Arts Awards-da ən yaxşı hekayəçi nominasiyasının qalibi olması;
İranda hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü, bu səbəbdən dünyanın müxtəlif yerlərində, xüsusən də İranda başlayan etirazlar;
Terror təşkilatı PKK-nın Mersində Polis Evinə həyata keçirdiyi hücumda polis zabiti Sedat Gezerin şəhid olması və digər xəbərlər.

Qanunvehedef.azшаблоны для dle 11.2