Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Hərbi təlimlər barədə Azərbaycana məlumat vermişdik”

Baxılıb: 570     Tarix: 17-10-2022 18:28   

“Biz terror hadisələrini pisləyirik. Diplomatlara qarşı törədilən terror aktlarını da pisləyirik”.
Qanunvehedef.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.
Gəncə terrorunun ildönümü ilə bağlı tədbirdə S.A.Musəvi İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə də münasibət bildirib: “Biz bu hərbi əməliyyatlar barədə qardaş ölkəmiz Azərbaycana məlumat vermişdik. Onlar əvvəlcədən təlimlər barədə məlumatlı idilər. Bu sülh naminə olan hərbi əməliyyatlar idi”.
Səfir İranın II Qarabağ Müharibəsindən sonra Ermənistanın lehinə bəyanatları ilə bağlı suala isə belə cavab verib: “Bu, İranın hər hansı bir tərəfi dəstəkləməsi məsələsi deyil. Bu, İranın uzun müddətli strateji maraqları ilə bağlı olan məsələdir. Biz öz maraqlarımız çərçivəsində mövqeyimizi bildiririk. Hər iki tərəfi mövqeyimiz və maraqlarımız barədə məlumatlandırırıq”.шаблоны для dle 11.2



Ən çox oxunanlar