Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“İclasları Ağdamda keçirək”

Baxılıb: 848     Tarix: 18-10-2022 12:15   

Milli Məclisin deputatı Aqil Abbas parlamentin komitə iclaslarının Ağdamda keçirilməsini təklif edib. 
Qanunvehedef.az xəbər verir ki, deputat bir çox tədbirlərin Şuşada keçirildiyini xatırladıb.
Onun sözlərinə görə, Ağdamda da bir çox quruculuq işləri həyata keçirilib, dövlət başçısı tərəfindən bir çox tikililərin təməli qoyulub: “Bu yaxınlarda işğaldan azad edilmiş Ağdamda böyük konfrans keçirildi. Təklif edirəm ki, parlamentin komitə iclaslarını Ağdamda keçirmək olar. Beləliklə də ora gedənlər Ağdamda aparılan yenidənqurma işlərinə şahid olar”.
Milli Məclisin spikeri Sahibə Qafarova deputatın bu təklifinə müsbət yanaşıb: “İnşallah, nəinki Ağdamda, eləcə də Qarabağın digər güşələrində də iclaslarımızı keçirərik”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar