Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Prezidentimizi qarşılamaq üçün Qarabağdayıq”

Baxılıb: 705     Tarix: 20-10-2022 10:57   

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Zəngilanda səfərdədir.
Qanunvehedef.az xəbər verir ki, səfir bu barədə məlumatı öz rəsmi tviter hesabında paylaşıb.
“Bu gün cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə azad Qarabağın ikinci aeroportu Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq. Prezidentimizi və nümayəndə heyətini qarşılamaq üçün Qarabağdayıq”, - deyə səfir qeyd edib.
Səfir, həmçinin səfərdən fotolar paylaşıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfər edəcək. Ərdoğan səfər çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək.







Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar