Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Naxçıvanla Azərbaycanın qərb rayonları arasında yolun açılması mühüm addımdır”

Baxılıb: 1 114     Tarix: 21-10-2022 13:48   

 “Azərbaycana səfərim çərçivəsində qardaşım İlham Əliyevlə ikitərəfli əlaqələri, eyni zamanda, regional və beynəlxalq prosesləri müzakirə etdik”.
Qanunvehedef.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
“Cənubi Qafqaza ümumi baxışımızın sülh, sabitlik və inkişaf əsasında qurulduğunu bir daha təsdiq etdik. Sərhədlərin müəyyənləşdirilməsi, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında əlaqə yolunun açılması və sülh sazişinin imzalanması regionun normallaşması üçün mühüm addımları təşkil edəcək. Uzun illərdən sonra bölgədə daimi sülh şansı böyük bədəllər ödəməklə əldə edildi. Biz Ermənistandan bu tarixi fürsətdən yararlanmasını səmimi qəlbdən gözləyirik.
Şübhə yoxdur ki, Azərbaycan-Ermənistan danışıqlarındakı irəliləyiş Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə də müsbət töhfə verəcək. Biz qardaş Azərbaycanla əməkdaşlığımızı “bir millət, iki dövlət” şüarı ilə hər sahədə daha da gücləndirməkdə qərarlıyıq. Ümidvaram ki, səfərim təkcə ikitərəfli münasibətlərimiz üçün deyil, bütün regionumuz üçün faydalı olacaq”, - Ərdoğan qeyd edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar