Xəbər lenti
22/12/2025 [14:56]
Yusif Güney saxlanıldı
22/12/2025 [12:30]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

“Adam var ki, gah YAP-ın, gah da “Müsavat”ın tədbirində görürsən”

Baxılıb: 775     Tarix: 24-10-2022 11:48   

“Mən adam tanıyıram ki, cibində 5 partiyanın üzvlük vəsiqəsini gəzdirir. Eyni anda 5 partiyanın üzvüdür”. 
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair keçirilən dinləmələrdə çıxışı zamanı deputat, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib.
“Elə adam var ki, bütün partiyaların tədbirində iştirak edir. Gah YAP-ın tədbirində görürsən, gah “Müsavat”ın, gah da digər partiyaların. Bu, ən azından etik deyil”, - deyə Deputat qeyd edib.
O vurğulayıb ki, yeni qanun layihəsinə əsasən, partiya üzvlərinin reyestrinin aparılması gözlənilir ki, bu da müsbət haldır: “Hansı partiyanın nə qədər üzvü olduğu məhz bu reyestr vasitəsilə bilinəcək”.
Deputat eyni zamanda qanun layihəsini müsbət dəyərləndirib. 



{sape_links}{sape_article}