Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Vasif Talıbovun ərizə yazması ilə bağlı məlumatım yoxdur”

Baxılıb: 548     Tarix: 09-12-2022 16:15   

Bu günlərdə Naxçıvanda Ali Məclisin sədri Vasif Talıbovun istefa verməsi ilə bağlı xəbərlər yayılıb.  
Qanunvehedef.az xəbər verir ki, bu məlumatla bağlı naxçıvanlı deputat Siyavuş Novruzov “Müsavat”a açıqlama verib.  
Siyavuş Novruzov xatırladıb ki, Naxçıvanda hüquq-mühafizə orqanları iş aparır. Onun sözlərinə görə, hazırda araşdırmalar gedir və nəticəsi gözlənilir: “Vasif Talıbovun ərizə yazması ilə bağlı hər hansı məlumatım yoxdur. Araşdırmaların nəticəsindən asılı olaraq qərar verilməlidir. Mən parlamentdə də qeyd etmişdim ki, cənab Prezident hər şeyin yaxşısını, düzünü bilir. O, hansı qərarı qəbul edəcəksə, biz də onu qəbul edəcəyik. Gedən proseslərlə bağlı dəqiq məlumatı olan da, olmayan da danışır. Araşdırma gedən vaxt hüquq-mühafizə orqanlarının cavabını gözləmək lazımdır. Prezidentin səlahiyyətidir ki, orda bir strukturu ləğv edir, ikincini ləğv edir. Konstitusion səlahiyyətidir. Proseslər necə gedirsə, bunu məlumatlı adamın danışması yaxşı olar”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar