Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Eybi yoxdur, qoy məni söysünlər...”

Baxılıb: 726     Tarix: 27-12-2022 12:05   

“Qarabağla bizi vurmaq istəyirdilər. Amma Qarabağda qələbədən sonra biz mübarizəmizin yenidən başladığını deyə bilərik”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli bildirib.
“Bu gün dünyanın bir neçə dövlətindən ölkəmizə qarşı təhdidlər var. Eyni zamanda xaricdə yaşayanlardan da bizə qarşı qərəzlər var. Bildirmək istəyirəm ki, onların hakimiyyətə nifrəti dövlətə təsir etməli deyil. Buradan həmkarlarıma, müxalifətə səslənirəm. Eybi yoxdur, qoy məni söysünlər. Amma onlar bilməlidir ki, bizim hələ də mübarizəmiz davam edir, yalnız bir adamın ətrafında birləşməliyik. Son 200 ildə ilk dəfə biz torpaqlarımızı geri qaytarmışıq. Bunu kim edib? Ona görə də hər bir azərbaycanlı Prezidentin ətrafında birləşməlidir”,- deyə deputat əlavə edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar