Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Müəllimlər bu maaşla dərs deyirlərsə, milli qəhrəmandırlar”

Baxılıb: 499     Tarix: 27-12-2022 13:27   

“Biz qanun qəbul etməklə təhsilimizi düzəldə bilmirik”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
O qeyd edib ki, bu gün orta məktəb şagirdlərinin ağır çantasını götürmək mümkün deyil: “Uşaqlar bu ağırlıqda çantanı götürməkdən axırda ya “ştangist” olacaqlar, ya da qozbel. İkinci məsələ, müəllimlərin üstünə çox düşürlər. Müəllimlər bu maaşla bizim ərköyün balalara dərs deyirlərsə, bizim milli qəhrəmandırlar. Müəllim uşağa bir şapalaq vurub deyə 30 illik müəllimi məktəbdən qovublar. Belə şey ola bilər? Mən şiddətə qarşıyam. Amma töhmət verilərdi, nəsə edilərdi. Belə şey olmaz. Kişi müəllimlər onsuz da azdır. Onları məktəbdən belə qovmaq olmaz. Müəllimləri belə ucuzlaşdırmaq olmaz".
"Peyğəmbərimiz deyirdi ki, mənə bir hərf öyrədənin 40 il qulu olaram. Amma bu gün valideynlər məktəbə hücum edirlər. Elə bilirlər müəllim onun quludur. İkincisi, keçmişdə belə nadinc şagirdləri məktəbdən qovardılar və onlar üçün ayrıca məktəb olardı. Amma ipə-sapa yatmayan uşaqlar orada elə tərbiyə alardı ki, onların içindən alimlər, polis rəisləri, polkovniklər çıxırdı. İndi tələbələr müəllimin başına çıxır. Şagirdin, tələbənin əlindəki telefon dəyəri müəllimin 4-5 aylıq maaşına bərabərdir”, - deyə deputat qeyd edib.шаблоны для dle 11.2