Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İsrail səfiri 2023-cü ildə Azərbaycan ilə əməkdaşlığın prioritetlərini açıqlayıb

Baxılıb: 586     Tarix: 05-01-2023 13:40   

Bu il Azərbaycan və İsrail arasında turizm sahəsində artımın qeydə alınacağını gözləyirik.
Bu barədə “Report”a müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
“Turizm sektorunun daha da fəallaşması üzərində də çalışacağıq və uçuşların sayını və infrastrukturu nəzərə alaraq, bunun 2023-cü ildə baş verəcəyini hesab edirik. Biz daha çox mədəni mübadilə, Azərbaycanda İsraildən daha çox musiqi şousu olmasını, daha çox İsrail filmi nümayiş etdirilməsini istəyirik”, - səfir deyib
O, 2023-cü ildə dövlətlər arasında əməkdaşlıq baxımından çoxlu planların olduğunu vurğulayıb. Belə ki, biznes sahəsində əməkdaşlığın fəallaşacağı gözlənilir.
Corc Dik İsrailin “IDE Technologies” şirkətinin “Azərbaycan İnvestisiya Şirkəti” ilə Xəzər dənizinin duzsuzlaşdırılması sahəsində birgə layihə üzrə niyyət bəyannaməsi imzaladığını xatırladıb.
“Bu strateji əhəmiyyətli layihə Azərbaycanda hər gün yüz minlərlə kubmetr suyun duzsuzlaşdırılmasına kömək edəcək. Səbirsizliklə bu layihəni 2023-cü ildə tamamlamağı gözləyirik” – o bildirib.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar