Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Aİ-nin Ermənistandakı müşahidəçiləri regiona geosiyasi qarşıdurma gətirə bilər” - Rusiya XİN

Baxılıb: 762     Tarix: 26-01-2023 17:44   

“Ermənistanın sərhədyanı ərazilərində Avropa İttifaqının nümayəndələrinin peyda olması regiona geosiyasi qarşıdurma gətirə bilər”.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa İttifaqının müşahidə missiyasının Ermənistana göndərilməsi ilə bağlı məsələyə şərhində bildirilib.
“Aİ-nin nəyin bahasına olursa olsun, Ermənistanda möhkəmlənməyə dair cəhdləri erməni və azərbaycanlıların təməl maraqlarına zərər vura bilər”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Aİ Ermənistana 2 il müddətinə müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edib. Missiyanın öz fəaliyyətinə fevralın 20-si başlayacağı gözlənilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar