Xəbər lenti
29/06/2026 [12:48]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bir sıra ölkələr İrandakı səfirliklərinin fəaliyyətini dayandırmaq istəyir

Baxılıb: 691     Tarix: 30-01-2023 13:09   

Bir sıra ölkələrin səfirlikləri İrandakı fəaliyyətlərini dayandırmaq istəyir.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki,, Azərbaycan səfirliyi İranı tərk edən yeganə dipmissiya olmaya bilər.
Belə ki, Azərbaycan səfirliyinə qarşı terror hücumu ardından da İranda baş verən hadisələr, müxtəlif vilayətlərdəki raket hücumları bir sıra ölkələrin səfirliklərini də ölkəni tərk etməyə vadar edə bilər. Artıq bəzi ölkələrin səfirlikləri əməkdaşlarının Azərbaycan üzərindən çıxarılması haqda düşünürlər.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar