Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Süleyman Soylu: "Kəmaləddin qardaşım, bir az daha çadıra ehtiyacımız var"

Baxılıb: 808     Tarix: 10-02-2023 16:41   

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla əlaqə saxlayaraq ondan yardım istəyib.
BAKU.WS İctimai TV-yə istinadən xəbər verir ki, qardaş ölkə naziri zəlzələ bölgəsi üçün çadıra ehtiyac olduğunu deyib:
"Kəmaləddin qardaşım, bir az daha çadıra ehtiyacımız var. Bununla bağlı səy göstərsən, minnətdar olaram. Burada böyük birlik var, zamanla yarışıb millətimiz qarşısında utanmadan xidmətdə olacağıq. Allah hamınızdan razı olsun".
Xatırladaq ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar