Xəbər lenti
28/12/2024 [11:09]
Yaponiyada zəlzələ oldu
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ukraynanın ardınca Azərbaycan ərazisi POLİQONA çevrilə bilər - Rusiya bunu HƏZM ETMƏYƏCƏK

Baxılıb: 629     Tarix: 13-02-2023 12:30   

"Rusiya Ermənistan tərəfindən üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərin pozulmasına baxmayaraq, hazırda kimisə cəzalandırmaq üçün uyğun vəziyyətdə deyil".
Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
O bildirib ki, Rusiya Ermənistanı cəzalandırmaq üçün artıq yollar axtarır:
 "Rusiyanın bəyanatın müddəalarının pozulmasına görə cəza vermək səlahiyyəti yoxdur. Bu, ancaq sülh müqaviləsi bağlayacaq güclərə - Ermənistan və Azərbaycana aid ola biləcək səlahiyyətdir.
 Bununla belə, Fransa jandarma heyətinin sərhəddə yerləşdirilməsi bir neçə hadisəyə şahid olmamızla nəticələnə bilər:
 ⚫️ Rusiya sülhməramlılarının istənilən müdaxiləsi polislə qarşıdurma ilə nəticələnə bilər
 ⚫️ Fransaya məxsus polis qüvvələri sülhməramlılar tərəfindən müqavilə şərtlərinin davamlı pozulmasının qarşısını almaqda faydalı ola bilər
 ⚫️ Yaxud da jandarma qüvvələri qanun pozuntularına göz yummaqda Rusiya sülhməramlılarının yanında ola, Laçın yolundakı azərbaycanlı mülki etirazçıları sıxışdırıb azərbaycanlılara problem yarada bilər.
 Azərbaycanda polisin gördüyü işdən və hərəkətlərinin siyasi baxımdan sərfəli olub-olmamasından asılı olaraq hər hansı problemin yaranmaması və ya sonradan bunu etmək üçün əvvəldən polis qüvvələrini arzuolunmaz elan etmək variantları var.
 Görülə bilən başqa bir tədbir o ola bilər ki, Azərbaycan öz müttəfiqlərini Aİ missiyasını balanslaşdırmaq üçün jandarmasız, özünün də iştirakı ilə bərabər müşahidəçilərdən ibarət beynəlxalq mərkəz təşkil etməyə çağıra bilər. Bu addım ya Aİ-ni bütün bunları yenidən nəzərdən keçirməyə vadar edə bilər, ya da onlar kompromis qərarına gəlməli olacaqlar. Bütün bu proseslərlə bağlı passivlik nümayiş etdirmək üçün heç bir səbəb yoxdur".

 Qanunvehedef.az
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar