Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

İrəvan yenə “beynəlxalq mexanizmlər” deyir - “Mövqeyimiz dəyişməyib”

Baxılıb: 587     Tarix: 04-09-2023 15:38   

“Laçın dəhlizi (yolu- red) açılmalı, digər mümkün kommunikasiyalar beynəlxalq mexanizmlər əsasında Bakı-Xankəndi dialoqu çərçivəsində həllini tapmalıdır”.
Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi (XİN) yerli mətbuatın sorğusuna cavab olaraq bildirib.
Xarici İşlər Nazirliyindən Laçın yoluna dair BMT Təhlükəsizlik Şurasına hansısa ölkənin qətnamə təqdim edəcəyi ilə bağlı suala belə cavab verilib: “Ermənistanın bu məsələ ilə bağlı mövqeyi dəyişməyib və beynəlxalq tərəfdaşlarımızla Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarını yerinə yetirməsinə və BMT Təhlükəsizlik Şurasının mexanizmləri ilə Qarabağın blokadasının aradan qaldırılmasına çalışırıq”.
Xatırladaq ki, ötən həftə Fransanın BMT TŞ-yə Qarabağ, Laçın yolu ilə bağlı yeni qətnamə layihəsi təqdim edəcəyi barədə xəbərlər yayılıb, amma bu məlumat rəsmi mənbələr tərəfindən təsdiq edilməyib.
Ermənistan XİN Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin Azərbaycanın tərkibində təmin olunması ilə bağlı guya Rusiya Xarici İşlər Nazirliyinin adından yayılan sənədə münasibət bildirməkdən imtina edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar