Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İlham Əliyev Şimali Makedoniyanın prezidentini təbrik edib

Baxılıb: 675     Tarix: 08-09-2023 10:58   

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu ünvanlayıb.
President.az-ın xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident, Şimali Makedoniya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Şimali Makedoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimizin rifahı naminə mövcud imkanlardan yararlanaraq dostluq münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar