Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Biz ermənilər kimi ədalətsiz qərar verə bilməzdik”

Baxılıb: 654     Tarix: 08-09-2023 12:28   

“Bizim məqsədimiz qisas almaq deyil. Cinayətə görə müvafiq cəza verilir. Erməni tərəfi bizim iki hərbçimizə qarşı ədalətsiz qərar çıxarırsa, biz də eyni cür qərar verə bilmərik”.
Qanunvehedef.az xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Laçında saxlanılan erməni futbolçulara inzibati qaydada cəza verilməsi ilə bağlı suala cavab verərkən deyib.
İdarə rəisi bildirib ki, Azərbaycanın ədalət mühakiməsi sistemi erməni mühakimə sistemindən fərqlidir: “Futbolçular əməllərindən peşman olduqlarını etiraf etdilər. Humanizm pirinsiplərini də əsas götürülərək cinayət işinə xitam verildi. Belə qənaətə gəlindi ki, onların əməllərində qalan qanunsuzluqlara görə inzibati tənbeh tətbiq edilsin. Bu tənbeh tədbiri də onunla bağlı idi ki, futbolçular qanunsuz əməllərini internet vasitəsilə yaymışdılar”.
“Ermənilər iki hərbçimizə qarşı ədalətsiz qərar çıxarırsa, bizdə eyni cür qərar verə bilmərik”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar