Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ermənistan və Finlandiya xarici işlər nazirləri görüşüb

Baxılıb: 409     Tarix: 19-09-2023 10:25   

Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
İki nazir arasında avqustun sonunda keçirilmiş telefon danışığının davamı olaraq Ararat Mirzoyan və Elina Valtonen demokratik dəyərlərə əsaslanan ikitərəfli gündəliyin genişləndirilməsi və qanunun aliliyinin gücləndirilməsinə yönəlmiş prioritetləri daha ətraflı müzakirə ediblər. Bu kontekstdə hər iki tərəfin daha iddialı siyasi gündəm formalaşdırmağa hazır olduğu vurğulanıb.
Həmsöhbətlər Ermənistan-Avropa İttifaqı əməkdaşlığına da toxunublar. Nazir Mirzoyan Finlandiyanın Ermənistanda Aİ-nin mülki monitorinq missiyasında iştirakını yüksək qiymətləndirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar