Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Türk qız İsrail ordusunda Fələstinə qarşı – Ölkə ayağa qalxdı

Baxılıb: 642     Tarix: 12-09-2018 11:58   

"Qəzza bölgəsində "Həmas"ın təmizlənməsi üçün əməliyyat başlanıb. Birliklərimiz 5 kilometr məsafədə Qəzzanın içərilərinə doğru irəliləyib".
Teleqraf.com xəbər verir ki, bunu İsrail ordusunda xidmət edən türk qızı Sabiha İrəm Çevik bir neçə gün öncə sosial şəbəkədə paylaşıb.
Türk qızın paylaşımı, habelə əməliyyat zamanı canlı yayıma çıxması Türkiyədə ciddi rezonans yaradıb. Paylaşımlarına yazılan söyüş və təhqiramiz ifadələrdən dolayı Sabiha İrəm Çevik sosial şəbəkə hesabını bağlayıb.
İsrail ordusunda xidmət edən türk qız Urfada doğulub. Həm Türkiyə, həm də İsrail vətəndaşı olan şəxslər hansı dövlətdə hərbi xidmət keçəcəyini özü seçir.
Amma Türkiyədə xanımlar hərbiyə çağırılmadığı üçün iki ölkə vətəndaşlığı olan qadınlar əsasən İsrail ordusunda xidmət etməli olur.
Sabiha İrəm Çeliyin Təl-Əvivin məşhur liman bölgəsi Yafada yaşadığı bəllidir. O, İsrail ordusunun Fələstinə qarşı həyata keçirdiyi əməliyyatlarda aktiv rol oynayır. İsrail ordusuna 2017-ci ildə xidmətə başlayan türk qız 2019-cu ilin avqustunda tərxis ediləcək.
Onu da qeyd edək ki, Türkiyə və İsrail vətəndaşı olan kişilər əsasən türk ordusunda xidmət etməyə üstünlük verirlər. Bunun bir səbəbi də İsraildə kişilər üçün hərbi xidmətin 3, Türkiyədə isə 1 il olmasıdır



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar