Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SOCAR qeyri-neft sektoruna investisiyalarını artırmalıdırmı?

Baxılıb: 623     Tarix: 07-05-2020 13:44   

Bu ilin I rübündə Azərbaycanda sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 23% artıb. Bu dövrdə iqtisadiyyatın qeyri neft-qaz
sektorunda istehsal olunmuş əlavə dəyərdə isə 3,5% artım müşahidə edilib. Hesabat dövrü ərzində ölkədə qeyri-neft sektoru üzrə 429 milyon ABŞ dolları dəyərində və ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çox ixrac reallaşdırılıb.
Bu dövrdə qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa "SOCAR Polymer", bu sahədə ixrac həyata keçirən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib. İlin I rübündə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin qeyri-neft sektoru üzrə ixracı 33,6 mln. ABŞ dolları təşkil edib. "SOCAR Polymer" MMC isə ixracını 33% artıraraq 31,4 mln. ABŞ dollarına çatdırıb.
SOCAR-ın qeyri-neft sektoruna investisiyaları nə dərəcədə rentabellidir? Şirkət bu sektorda investisiyalarını davam etdirməlidirmi?
Məsələ ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, SOCAR-ın qeyri-neft sektoruna investisiyası şirkətin portfelini şaxələndirməsi baxımından çox vacib idi.
"SOCAR dünya bazarında neftin qiymətinin azalmasından öncə qeyri-neft sektoruna investisiya yatırmağa başladı, eyni zamanda, xarici investisiya portfelini diversifikasiya etdi. Şirkət bu gün Türkiyədə ən böyük xarici investorlardan biridir",- V.Bayramov qeyd edib.
O vurğulayıb ki, Azərbaycanın qeyri-neft ixracatında əsas hədəf ənənəvi məhsullardan daha çox sənaye məhsullarının, xüsusən də xarici bazarda rəqabət qabiliyyəti yüksək olan məhsulların ümumi ixracatdakı payını artırmaqdan ibarətdir. Onun sözlərinə görə, bu baxımdan son illər qeyri-neft ixracatının strukturunun keyfiyyət cəhətdən təkmilləşməsi müşahidə olunur.
Millət vəkili xatırladıb ki, SOCAR qeyri-neft sektoruna və ya neft sektoruna bağlı sahələrə investisiya edir və həmin məhsulların artıq ixrac imkanları var. "Güman olunur ki, növbəti illərdə də bu sahədə ixrac imkanları artacaq. Hətta pandemiya dövründə belə həmin məhsullar ixrac imkanlarını qoruyub saxlayıblar. SOCAR-ın qeyri-neft sektoruna investisiyası onun öz portfelini şaxələndirməsi baxımından çox vacib idi. Düşünürəm ki, növbəti dövrlərdə də SOCAR tərəfindən qeyri-neft sektoruna daha çox investisiyaların yönəldilməsi məqsədəuyğun olardı, çünki nəticə etibarı ilə pandemiya və bu tip hallar neftə olan tələbatı azaldır. Neft şirkətləri, xüsusən də neftin dünya bazarında qiymətinin aşağı olduğu dövrlərdə öz maliyyə likvidliyini qoruyub saxlamaq üçün neftdən kənar mənbələrdən daha çox gəlir əldə etməyə çalışırlar. Xüsusən nəzərə alsaq ki, pandemiya ABŞ-da bir neçə neft şirkətinin müflis olmasına səbəb oldu, o baxımdan düşünürəm ki, bu, post-pandemiya dövründə SOCAR-ın qeyri-neft sektoruna investisiyalarının genişləndirilməsi üçün vacib mesajlardan biridir. SOCAR-ın bir neçə ildir qeyri-neft portfelini genişləndirməsinə baxmayaraq, post-pandemiya dövründə də bu sektora investisiyasının artırılması məqsədəuyğun olar",- V.Bayramov vurğulayıb.
O, bu addımın nəticə etibarı ilə Azərbaycanın qeyri-neft ixracının artmasına və onun strukturunun keyfiyyət baxımdan təkmilləşdirilməsinə gətirib çıxaracağını, digər tərəfdən də SOCAR-ın fərqli mənbələrdən gəlir əldə etməklə neftin dünya bazarında qiymətinin aşağı olduğu dövrlərdə belə qlobal bazarlarda baş verən volatilliyin şirkətə təsirlərini minimumlaşdırmaq imkanı yaradacağını bildirib. "Bu baxımdan SOCAR-ın qeyri-neft sektoruna investisiyaları təbii ki, rentabellidir. Düşünürəm ki, post-pandemiya dövründə SOCAR üçün prioritet məsələlərdən biri də qeyri-neft sektoruna daha çox investisiyaların yönəldilməsi ola bilər", - millət vəkili əlavə edib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen və 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodları, illik istehsal gücü 660 min ton təşkil edən Karbamid zavodu SOCAR-ın qeyri-neft sektoruna yatırılan investisiyalarındandır.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar