Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Fəzail İbrahimli: "Razi Nurullayev danışanda Racinin mərsiyələri yadıma düşür"

Baxılıb: 863     Tarix: 08-05-2020 14:02   

Milli Məclisin vitse-spikeri deputat Razi Nurullayevi bələdiyyələrin fəaliyyəti ilə bağlı çıxışına görə tənqid edib.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan "İstehsalat və məişət tullantıları haqqında", "Heyvanlar aləmi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında" və "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı vitse-spiker Fəzail İbrahimli deyib. O, bildirib ki, bələdiyyələrlə bağlı olan qüsur və nöqsanlar daim gündəmə gətirilib: "Onların aradan qaldırıılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb. Azərbaycanın siyasi həyatında bələdiyyələrin öz yolu, mövqeyi var. Qüsurlar, nöqsanların üzərinə gedən deputatlar da var. Bələdiyyələrin 20 illik fəaliyyətinə kölgə salmaq, hamısını rüşvətdə təqsirləndirmək insan hüquqlarının pozulmasıdır. Yaxşı işçilərin fəaliyyətinə qara yaxmaqdır".
Fəzail İbrahimli millət vəkili Razi Nurullayevi danışarkən diqqətli olmağa çağırıb: "Sizin bu qısa müddətdə çıxışlarınıza qulaq asanda adı sizin adınıza oxşayan bir mərsiyəçi var, o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür. Fikirlərinizdə diqqətli olun. Mənim 20 illik siyasi fəaliyyətim də bələdiyyələrlə bağlı olub. Sizin bu çıxışınız bələdiyyələrin fəaliyyətinə bütövlükdə kölgə salır. Eyni zamanda mənim də fəaliyyətimə. Danışanda bir az diqqətli olun".
Qeyd edək ki, deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin və onun işçilərinin fəaliyyətini tənqid edib. O deyib ki, "1999-cu və 2009-cü ildə bələdiyyə seçilənlər torpaq qalmayıb, hamısını satılıblar: "Bu müddət ərzində bələdiyyələrin fəaliyyəti yoxlanmalı və ciddi həbslər olmalıdır. Bələdiyyələrin nə səlahiyyəti var ki, başı qapazlı qurumdur. Bələdiyyə sədrləri icra başçıları ilə razılaşmaya gedir, onların əlaltısına çevrilir. Bələdiyyələr elan edir ki, bu işləri daxili vəsait hesabına edirik. Daxili vəsait nə deməkdir?шаблоны для dle 11.2



Ən çox oxunanlar