Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Cənubi Qafqaz kəmərinin gündəlik orta ötürücülük gücü 12% artırılıb

Baxılıb: 380     Tarix: 12-05-2020 11:53   
Bu ilin I rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) və onun genişləndirilmiş hissəsi (genişləndirilmiş boru kəməri – CQBKG) üzrə əməliyyat xərcləri 12 mln. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 33,3% çoxdur.

“APA-Economics”in BP-in (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin I rübünün yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, hesabat dövrü CQBK və CQBKG üzrə əsaslı xərcləri təqribən 2 mln. dollar olub (8,5 dəfə azalma).

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG (Cənub Qaz Dəhlizi çərçivəsində) isə kommersiya qaz həcmlərinin Türkiyəyə  təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.

Hesabata əsasən, bu ilin yanvar-mart aylar ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 33,6 mln. kubmetr olub, bu da 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 12% artım deməkdir.

CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, “SOCAR Midstream Operations” isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), “SGC Midstream” (6,7%), PETRONAS (15,5%), LUKOYL (10%), NIKO (10%).шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar