ÜST-dən kritik koronavirus xəbərdarlığı: Dəhşətli rekorda çatırıq
Baxılıb: 1 052 Tarix: 23-06-2020 12:19
İsveçrənin Cenevrə şəhərində yerləşən qərargahında təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus "Demək olar ki, hər gün yeni və dəhşətli bir rekorda çatırıq" deyib.
Qanunvehedef.az xəbər verir ki, dünən dünya miqyasında 183 mindən çox koronavirusa yoluxma halının olduğunu bildirən Ghebreyesus, bunun bir gündə qeydə alınan ən çox yoluxma sayı olduğunu bildirib.
Bəzi ölkələrdə yoluxma və ölüm sayının sürətlə artmasını deyən Ghebreyesus, dünyada 8.8 milyondan çox yoluxma və 465 min ölüm halının qeydə alındığını deyib.
Həmçinin müxtəlif ölkələrin qadağaları qismən ləğv etdiyini xatırladan Ghebreyesus, bu ölkələrdə yenidən yoluxma sayının sürətlə artdığını diqqətə çatdırıb.
ÜST-nın Kovid-19 ilə mübarizə rəhbəri Maria Van Kerxove, hazırda alimlərin "virusda bir dəyişiklik olub-olmadığını müəyyənləşdirmək üçün" araşdırdırmalar apardığını söyləyib. Covid-19-un təsirini itirməsinə dair heç bir dəlilin olmadığına diqqət çəkən Kerxove, "Hələ gücünü itirdiyini görmədik, ancaq qlobal miqyasda bunu öyrənən bir qrup insan var" deyə fikrini bildirib.
Digər tərəfdən, ÜST-nin Təcili Yardım Proqramının direktoru Mayk Rayan ABŞ-ın bəzi ştatlarında yoluxma sayının daha çox gənclərdə aşkar olduğunu açıqlayıb.
Ən çox oxunanlar
Son xəbərlər