Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Üç yeni biznes assosiasiyası yaradıldı

Baxılıb: 684     Tarix: 24-07-2020 11:45   
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və dəstəyi ilə “Qum, çınqıl və daş istehsalçıları assosiasiyası” İctimai Birliyi, “Azərbaycan zərgərlər assosiasiyası” İctimai Birliyi və “Ticarət şəbəkələri” İctimai Birliyi yaradılıb.
KOBİA-dan Qanunvehedef.az-a verilən məlumata görə, hər üç biznes assosiasiyası dövlət qeydiyyatına alınıb və artıq fəaliyyətə başlayıb.
Yeni assosiasiyalar müvafiq sahələrin inkişafına dəstək olmaq, bu sektorlarda təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması, sahibkarların, xüsusilə də kiçik və orta biznes subyektlərinin əlaqələndirilməsi, onlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə yeni biznes assosiasiyalarının yaradılması və mövcud assosiasiyaların fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur. KOBİA biznes assosiasiyaları ilə sıx əməkdaşlıq edir, sahibkarlar arasında biznes assosiasiyalarının yaradılmasını təşviq edir. Agentlik yanında İctimai Şurada təmsil olunan 15 təşkilatdan əksəriyyəti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahəvi assosiasiyalardır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar