Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İşsizlikdən sığorta qaydaları ilə bağlı mühüm dəyişiklik - Staj azaldılır

Baxılıb: 1 130     Tarix: 03-08-2020 11:21   

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılır.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı "İşsizlikdən sığorta haqqında" qanunun 13.2.2-ci maddəsinə dəyişikliyi nəzərdə tutan layihədə yazılıb.Həmin maddəyə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı üç il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində pul ödənilir.
Qanunun 16-cı maddəsində isə yazılıb ki, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
Layihədə qeyd edilib ki, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı bir il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə həmin 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində vəsait ödəniləcək.
Sənəd işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.
Layihə Milli Məclisin avqustun 4-dən etibarən başlayacaq növbədənkənar sessiya müddətində müzakirəyə çıxarılacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar