Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Səttar Möhbalıyev: "Deputata məxsus sanatoriyaların pəncərələrini, döşəmələrini söküb aparırlar"

Baxılıb: 1 085     Tarix: 06-08-2020 12:28   

"Naxçıvana 1 milyon 300 min manat vəsait ayrılması nəzərdə tutulub. Bu, ayrılmasa, ondan yaxşı idi".
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev deyib.
O, sədri olduğu Konfederasiyaya 20 ildir ki, dövlət büdcəsindən pul ayrılmamasından da şikayətlənib.
"Halbuki bizim də xərclərimiz var, sanatoriyalarımız var. İnsanlar həmin sanatoriyalara gəlirlər, dincəlirlər, sonra da pəncərələri, döşəməni, boruları söküb gedirlər", - deyə S.Möhbalıyev əlavə edib.
Millət vəkili Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini də tənqid edib:
"Qaçqınkom"a pul verilir, o vəsaitdən bizə də pay düşür. Amma "Qaçqınkom" həmin vəsaiti bizə vermir, bu məsələ araşdırılmalıdır".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar