Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının ilk toplantısı keçirilib

Baxılıb: 919     Tarix: 16-08-2020 11:54   

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının (AAKŞ) ilk toplantısında ABŞ-ın müxtəlif ştatlarından olan bir qrup icma üzvü iştirak edib.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, toplantını giriş sözü ilə ABŞ-ın Yuta ştatında yaşayan Azərbaycan icmasının fəal üzvü Əsmər Hüseynova açıb. Bildirib ki, pandemiya və Ermənistanın iyul təxribatları kimi məsələlər ABŞ-dakı soydaşlarımızın da mütəşəkkil və koordinasiyalı şəkildə fəaliyyət göstərməsinin zəruriliyini ortaya qoyub.Müzakirələr zamanı AAKŞ-nin əsasnaməsi, idarə heyətinin seçilməsi, Şuranın fəaliyyət planı və digər mühüm məsələlərdən danışılıb. Natiqlər bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının, icma üzvlərinin və fəallarının birgə fəaliyyətini əlaqələndirmək, soydaşlarımızın milli kimliklərini qoruyub-saxlamaq, yerli cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq baxımından Koordinasiya Şurasının rolunu yüksək qiymətləndiriblər.
Toplantı AAKŞ-nin idarə heyətinin 9 üzvünün seçilməsi və əsasnamənin qəbul edilməsi ilə yekunlaşıb.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar