Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Neftçalaya magistral su kəməri: işlərin yarısı görüldü

Baxılıb: 785     Tarix: 22-08-2020 17:26   

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərində su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərsu ASC-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, hazırda Neftçala şəhərini içməli su ilə təmin edəcək magistral su kəmərinin və su anbarının tikintisi həyata keçirilir. Eyni zamanda şəhərə və ətraf kəndlərə nəqliyyat vasitələrilə içməli suyun daşınması təmin edilir.
Neftçala şəhəri və ətraf kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihəyə əsasən, su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilib. Buradan Neftçala şəhərinə özüaxımlı rejimdə suyun verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında nisbətən relyef baxımından yüksəklikdə 7 500 kubmetr tutumu olan su anbarı inşa edilir. Bununla paralel olaraq su anbarından Neftçala şəhərinə qədər 560 mm diametrli polietilen borularla 44 km uzunluğunda magistral su kəmərinin inşası davam etdirilir. Hazırda su anbarının tikintisi üzrə işlərin 40 %-dən çoxu icra olunub. Magistral kəmərin isə 22 km-lik hissəsində işlər yekunlaşıb. Bununla da su anbarının və magistral kəmərin tikintisi üzrə işlərin 50 %-i icra edilib. Tikinti-quraşdırma işlərinin cari ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulur. Yeni tikilən magistral su kəməri Neftçala şəhərindəki mövcud şəbəkəyə birləşdirildikdən sonra suyun verilməsi təmin ediləcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar