Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Dərsliklərin paylanılması bu tarixədək tam yekunlaşacaq

Baxılıb: 674     Tarix: 01-09-2020 15:24   

2020-2021-ci tədris ili üzrə geri yığılan, eləcə də yeni çap edilən dərsliklərin məktəblərə və şagirdlərə çatdırılmasına artıq başlanılıb.
Təhsil Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, prosesin əsasən 4 sentyabradək həyata keçirilməsi, 15 sentyabradək isə tam yekunlaşması nəzərdə tutulur.
Yerlərdə şagirdlərin dərslik təminatı prosesinin bütün təhlükəsizlik və sanitar-epidemioloji normalara, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edilməklə həyata keçirilməsinə, prosesdə iştirak edən hər iki tərəfin yüksək məsuliyyət nümayiş etdirməsinə dair müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, 2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7233214 nüsxə kağız dərslik və metodik vəsait çap edilib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar