Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycanlı gənclər Nyu-Yorkda etiraz aksiyası keçiriblər

Baxılıb: 797     Tarix: 19-10-2020 13:42   

ABŞ-ın Nyu-York şəhərində bir qrup azərbaycanlı gənc ağız və gözlərini bağlayaraq beynəlxalq təşkilatların Ermənistanın Azərbaycanda mülkü əhaliyə qarşı törətdiyi qanlı cinayəti gözməzdən gəlməsini, qərb mətbuatının yaşananlara susmasına etirazlarını bildiriblər.

"Report"un xüsusi müxbiri xəbər verir ki, aksiya iştirakçıları ABŞ mətbuatını Azərbaycana dəstəyə səsləyib, beynəlxalq təşkilatları bu işğala və hücumlara qarşı ölkəmizlə həmrəy olmağa çağırıblar.

Azərbaycan-Nyu York Assosiasiyasının prezidenti Ərcan Yerdələnli "Report"a bildirib ki, beynəlxalq ictimaiyyət erməni təxribatını görməzdən gələrək onların yalanlarını təbliğ edirlər: "Ancaq sevindirici haldır ki, ABŞ-da ermənilərin mənfur əməllərindən xəbərdar olan xeyli sayda jurnalistlər var və onlar bu günlərdə sosial media üzərindən Azərbaycanda baş verənlərə səssiz qalmırlar. Son günlərdə xüsusilə Gəncə şəhərində ermənilərin törətdiyi növbəti qanlı cinayət əməlini bir çox qərb mediasının paylaşdığını gördük. ABŞ-da təhsil alan azərbaycanlı gənclərin hədəfi bütün güclərini birləşdirərək Azərbaycanın səsi olmaqdır. Düşünürəm ki, son günlərdə bu niyyətimizdə uğurlu yol qət etmişik".





Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar