Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bu futbolçu Makronun sözlərinə görə Fransa millisindən imtina etdi - İDDİA

Baxılıb: 815     Tarix: 26-10-2020 12:22   

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba Fransa millisindən ayrılacağını açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə 195sports.com saytı xəbər yayıb.
27 yaşlı mərkəz yarımmüdafiəçisinin bu qərarına səbəb kimi Fransa Prezidenti Emmanuel Makronun cümə günü açıqladığı fikirlər göstərilir. Makron 47 yaşlı məktəb müəllimi Samuel Patinin başının kəsilməsindən sonra açıqlamasında İslamın dəyişməli olduğunu bildirib və İslamı terror dini kimi səciyyələndirib.
Lakin nə Poqbadan, nə də Fransa Futbol Federasiyasından bu məsələ ilə bağlı şərh verilməyib.
Qeyd edək ki, Fransada doğulmuş Pol Poqbanın hər iki valideyni Qvineyadandır və müsəlmandır. Fransada İslam xristianlıqdan sonra sitayiş olunan ikinci din sayılır. /Oxu.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar