Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İran qəzetindən Emmanuel Makrona cavab - FOTO

Baxılıb: 844     Tarix: 28-10-2020 10:54   

İranın "Vatan-e-Emrooz" qəzeti Fransa Prezidenti Emmanuel Makronun şeytan cildində karikaturasını dərc edib.
Qanunvehedef.az-ın məlumatına görə, bu barədə "Vzqlyad" xəbər yayıb.
"Parisli iblis" karikaturası qəzetin birinci səhifəsində yer alıb.
"Vatan-e-Emrooz" bunu Fransa prezidentinin Məhəmməd peyğəmbərin karikaturasının yayılmasını dəstəkləməsi ilə bağlı açıqlamalarına cavab adlandırıb.
Xatırladaq ki, İranda Milli Məclisin sədri Məhəmməd Bakir Qalibaf, Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmhani və digər rəsmilər İslama və peyğəmbərinə qarşı edilən təhqirlərə sərt reaksiya göstəriblər.
Ümumiyyətlə, E.Makronun Məhəmməd peyğəmbərin karikaturasının yayılmasına icazə verməsi müsəlman dövlətlərində narazılıqla qarşılanıb, hətta bir sıra ölkələrdə Fransa məhsulları boykot edilib.






Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar