Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Kəlbəcər istiqamətində PKK terrorçuları məhv edildi

Baxılıb: 818     Tarix: 06-11-2020 12:34   

Ermənistan silahlı qüvvələri tərkibində döyüşən PKK terrorçularının növbəti qrupu məhv edilib.
Qanunvehedef.az-ın məlumatına görə, gecə ərzində düşmənin Kəlbəcər istiqamətində yerləşdirdiyi PKK terrorçuları müxtəlif istiqamətlərdə irəliləməyə çalışaraq, terror-təxribat aktları törətməyə cəhd ediblər.
Daxil olmuş əməliyyat məlumatları əsasında, onların "Sərsəng" SES istiqamətində terror aktı törətmək niyyətlərinin olduğu aşkarlanıb.
Nəticədə, peyk və PUA çəkilişləri əsasında terrorçuların müvəqqəti cəmləşdiyi ərazi müəyyən edilib və çoxlu sayda heyəti məhv edilib.
Əldə edilən məlumata görə, məhv edilən terrorçuların daxilində "Əl-Həsəkə Hərbi Şurası"nın üzvləri, vaxtilə "Barış Pınarı" əməliyyatında Türkiyə Silahlı Qüvvələrinə qarşı terror aktları törətmiş Əbdülbari Zərdüşt, Seydo Ahmet, Mahir Qabar kimi şəxslər yer alıb.
Qeyd edək ki, gecə ərzində aparılan əməliyyatlar zamanı azı 15 PKK terrorçusu məhv edilib./ordu.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar