Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Qarabağda potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb

Baxılıb: 698     Tarix: 18-05-2021 11:58   

İşğaldan azad olunmuş ərazilərdə potensial turizm marşrutlarının hazırlanması işinə başlanılıb.
Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Regional İnkişaf Sektorunun müdiri Elgün Cavadov deyib.
Onun sözlərinə görə, hələlik bununla bağlı məsələlər tam yekunlaşmayıb:
“Hazırda işğaldan azad edilmiş ərazilərdə infrastruktur işləri ilə bağlı qiymətləndirmə işləri aparılır. Düşünürük ki, ilkin işlərdən sonra Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş ərazilərlə bağlı qiymətləndirməmizi təqdim edəcək".
Agentlik rəsmisi dünən Şuşanın Dubayda turizm sərgisində Azərbaycanın turizm destinasiyalarından biri kimi təqdim edilməsinə münasibət bildirib:
“Şuşa gələcəkdə turizm destinasiyası olacaq, həm daxili turizm, həm də xarici turistlər arasında əsas maraq dairələsində olacaq. Bizim üçün də sevindirici haldır ki, Şuşanı təqdim edə bildik. Şuşa ilə bağlı planlar çoxdur".

Qanunvehedef.azшаблоны для dle 11.2