Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Avqust ayının birinci yarısında keçiriləcək imtahanlar - SİYAHI

Baxılıb: 764     Tarix: 05-07-2021 11:28   

Dövlət İmtahan Mərkəzi 2021-ci il avqust ayının birinci yarısında keçiriləcək imtahanlar haqqında məlumat yayıb.
DİM-dən "Report  "a bildirilib ki, avqustun 4-də hərbi liseylərə qəbul imtahanı və rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci cəhd) keçiriləcək.
Avqustun 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə: əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı; müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan; iyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı; eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı və dövlət qulluğuna qəbul imtahanı (B növü) keçiirləcək.
Avqustun 12-də isə 9 və 11 illik təhsil səviyyəsi üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

Qanunvehedef.az

 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar