Xəbər lenti
18/03/2024 [11:59]
Azərbaycana yaz gəlir
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Avqustda məhdudiyyətlər olacaq? - AÇIQLAMA + VİDEO

Baxılıb: 479     Tarix: 23-07-2021 11:06   

Koronavirusa yoluxma sayı artdıqca və insanların həyatına təhlükə yarandıqca müəyyən məhdudiyyətlərin tətbiqi qaçılmaz hala gəlir.
Bunu "ARB 24"ün "Gündəm" verilişində avqustun 10-dan sonra məhdudiyyətlərin tətbiq edilməsi iddiasına cavab verən həkim, deputat Müşfiq Məmmədli deyib.
O bildirib ki, vətəndaşlar qaydalara əməl edərsə, bu tədbirlərin tətbiqinə ehtiyac qalmayacaq:
"Məhdudiyyətlərin tətbiq olunması dövlət strukturları üçün əlavə gücün sərf olunmasına, administrativ resursların bura cəlb olunmasına və iqtisadiyyatda müəyyən problemlərin ortaya çıxmasına səbəb olan prosesdir. Heç bir dövlət qurumu məhdudiyyətlərin tərəfdarı deyil. Qaydalara vətəndaşlar tərəfindən əməl edilərsə, digər ölkələrdən fərqli olaraq məhdudiyyət tətbiq etmədən də prosesin öhdəsindən gəlmək olar.
Hazırda yoluxmanın aşağı düşməsi səbəbi vaksinasiya, havaların isinməsi və ultrabənövşəyi şüaların aktivliyi ilə əlaqədardır. Lakin biz bundan arxayın olsaq, böyük risklərlə qarşı-qarşıya olarıq. Düzdür, toylarda qoruma tədbirlərini maksimal şəkildə təmin etmək çətindir. İndiki situasiyaya diqqətə yetirsək, yoluxma sayının artması ehtimalı çox yüksəlir. Yoluxma sayı artdıqda isə qoruma tədbirlərini administrativ metodlarla tənzimləmə ehtimalımız artır.
Vaksinasiyada sürətli iştirak bizim sonrakı məhdudlaşdırıcı tədbirlərimizin artıq olmaması istiqamətində olacaq. Ümid edirəm ki, insanlarımız da bu prosesdə yaxından iştirak edərək, yoluxma sayının bu aralıqda qalmasını təmin edəcəklər. Bundan sonra isə administrativ tədbirlərə ehtiyac olmayacaq".



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar