Xəbər lenti
30/01/2026 [12:32]
Sabah hava necə olacaq?
29/01/2026 [15:17]
Sabah hava necə olacaq?
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Azərbaycanda yüksək vəziyəfə təyinat

Baxılıb: 403     Tarix: 16-08-2021 13:17   

Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Həsənov Qalib Şamil oğlu Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qalib Həsənov 1974-cü ildə Ağcabədi rayonunda anadan olub. 1995-ci ildə Azərbaycan Universitetinin "Beynəlxalq iqtisadi əlaqələr" ixtisası üzrə bakalavr, 1999-cu ildə isə "Beynəlxalq iqtisadi munasibətlər" ixtisası üzrə magistr pilləsini bitirib.
1997-ci ildə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən İslamabad şəhərində təşkil edilmiş "Diplomatik kurs"da, 1998-ci ildə Koreya İnkişaf Agentliyi tərəfindən təşkil edilmiş "Bazar iqtisadiyyati, Koreyanın inkişaf təcrübəsi", 1999-cu ildə Oksford və Birminqam universitetlərinin Budapeşt şəhərində birgə təşkil etdiyi "Ticarət Diplomatiyası" kurslarında iştirak edib.
Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində başlayıb. 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyində III katib, II katib, 2000-2004-cü illərdə Azərbaycan Republikasının İstanbul şəhərindəki Baş Konsulluğunda vitse-konsul, konsul, 2004-2009-cu illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009-2010-cu illərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində müşavir, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2013-2017-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində müşavir vəzifəsində çalışıb.
Birinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.

Qanunvehedef.az



{sape_links}{sape_article}