Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İşçilərlə müqavilə bağlamayan tədris kursu cərimələndi

Baxılıb: 681     Tarix: 08-09-2021 11:04   

“Dəniz Tədris Kursları” cərimələnib.
Bu barədə Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, Dəniz Tədris Kursları MMC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulan qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Zaqatala Rayon Prokurorluğunda aparılan yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.
Toplanan materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin 02 sentyabr 2021-ci il tarixli qərarı ilə Dəniz Tədris Kursları MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar