Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Dövlət rüsumlarının dəyişdirilməsinin səbəbi açıqlanıb

Baxılıb: 499     Tarix: 01-11-2021 13:29   

Azərbaycanda dövlət rüsumlarının dəyişdirilməsinin səbəbi açıqlanıb.
Qanunvehedef.az-ın Trend-ə istinadən məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu gün Azərbaycanda tətbiq olunan bir çox dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır.
O qeyd edib ki, bir çox dövlət rüsumları 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib. Nazir müavini bildirib ki, bu müddət ərzində baş verən inflyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub.
Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən, bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar