Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Şeyxin deputat qardaşından səhvlərlə dolu yeni status: Yenə məsxərəyə qoyuldu - FOTO

Baxılıb: 245     Tarix: 03-11-2021 11:45   

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin deputat olan qardaşı Cavanşir Paşazadə yenidən "Facebook" hesabındakı paylaşımında kobud orfoqrafik səhvlərə yol verib.
Oxu.Az-ın məlumatına görə, Cavanşir Paşazadə paylaşımında "Millət vəkili" sözünü "Millət Vəkili", "müraciətlərin" sözünü "müraciyyətlərin", "torpaqlarımızın" əvəzinə "torpağlarımızın" kimi qeyd edib.
Bu səhvləri ilə deputat ümumiyyətlə Azərbaycan dilinin ən bəsit orfoqrafik normalarından belə xəbərsiz olduğunu nümayiş etdirib.
Deputatın paylaşımı yenidən sosial mediada geniş müzakirələrə səbəb olub. Cavanşir Paşazadə daha sonra paylaşımını silib.
Qeyd edək ki, bir neçə gün əvvəl də deputat cəmi bir cümlədən ibarət olan paylaşımında "prezident" sözünü "prizident", "tərəfindən" əvəzinə "tərəfinnən", "müşahidəçi" sözünü "muşahidəçi", "Azərbaycan" sözünü "Azarbaycan" olaraq qeyd etmişdi.
O, bu səhvlərə görə tənqid edilib və gülüş obyektinə çevrilib.

 Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar