Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin xərcləri gəlirlərini üstələyib

Baxılıb: 177     Tarix: 03-11-2021 14:12   
 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 2020-ci ili 2,75 milyon manat gəlir əldə edib.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 10% çoxdur.
DANX-ın ötənilki gəlirlərinin 2,748 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, əvvəlki ilə nisbətən 9,9% çoxdur. Hesabat dövründə qurumun sair əməliyyat gəlirləri isə 3 dəfə artaraq 2 min manat olub.
2020-ci ildə DANX-ın xərcləri isə 2,826 milyon manat (2019-cu illə müqayisədə 20,8% çox), o cümlədən əmək haqqı xərcləri və məcburi dövlət sosial sığorta ayırmaları 2,039 milyon manat (26,6% çox), sərf etdiyi materialların dəyəri 413 min manat (23,6% çox), amortizasiya xərcləri 89 min manat (18,7% çox), sair əməliyyat xərcləri 252 min manat (21% az), maliyyə xərcləri isə 33 min manat (1 il bundan əvvəl olmayıb) təşkil edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar