Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Pandemiya nə vaxt bitəcək? - Alimlər açıqladı

Baxılıb: 530     Tarix: 15-11-2021 09:38   

Koronavirus infeksiyası yayılmağa davam edəcək, lakin mövsümi xarakter daşıyacaq.
Qanunvehedef.az "Report"a istinadən xəbər verir ki, bu barədə İngiltərənin "Daily Mail" nəşri ölkənin Milli Səhiyyə Xidmətinin sənədlərinə istinadən yazıb.
Qeyd edilir ki, dünya illər ərzində endemik xəstəlik kimi COVID-19 ilə yaşamalı olacaq.
Mütəxəssislərin fikrincə, koronavirus qrip və digər respirator infeksiyalar kimi soyuq aylarda "mövsümi epidemiyalar"la yayılma sürətini qoruyacaq. Alimlər hesab edirlər ki, xəstəlik peyvənd sayəsində sabit vəziyyətə keçəcək. Bu, pandemiyanın sona çatması deməkdir.
Ekspertlərin sözlərinə görə, virusun bütün dünyada yayılma miqyasını nəzərə alaraq, eyni zamanda virusun qarşısını necə almaq, onun mövcudluğu şəraitində yaşamaq və uzun illər endemik vəziyyətə necə nail olmaq barədə düşünmək lazımdır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}