Ermənistan itkilərlə bağlı yeni açıqlama yaydı - Yenilənib
Baxılıb: 450 Tarix: 17-11-2021 11:14
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.
Qanunvehedef.az -ın məlumatına görə, artıq Ermənistan Müdafiə Nazirliyi itkilərin sayını açıqlamağa başlayıb.
İlkin olaraq 4 hərbçinin yaralandığını bildiriblər. Qeyd olunur ki, hazırda nazirlik erməni tərəfindən ölən və yaralılarla bağlı məlumatı dəqiqləşdirir.
Erməni mediasının daha əvvəl yaydığı məlumata görə isə, Ermənistan və Azərbaycan hərbçiləri arasında atışma nəticəsində 10 erməni hərbçi ölüb. Əlavə edilir ki, erməni tərəfi 2 döyüş mövqeyi itirib, 6 nəfər isə saxlanılıb.
***
Ermənistan Müdafiə Nazirliyi 2 döyüş mövqeyi itirdiklərini təsdiqləyib. Həmçinin bildirilir ki, vəziyyət gərgin olaraq qalır.
***
Ermənistan Müdafiə Nazirliyi sərhəddə törətdikləri təxribatdan sonra ilk itkisini açıqlayıb. Məlumata görə, 1991-ci il təvəllüdlü müddətdən artıq hərbi qulluqçu Merujan Arturoviç Arutyunyan həlak olub. Ermənistan MN bundan əvvəl 12 əsgərin Azərbaycan hərbçiləri tərəfindən saxlanıldığını bəyan etmişdi. Hazırda yaralıların sayının dəqiqləşdirildiyi qeyd edilir.
***
Ermənistan Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, 1 erməni hərbçi ölüb, daha 13 nəfər isə Azərbaycan tərəfindən saxlanılıb. Bununla yanaşı, 24 hərbçi ilə əlaqə kəsilib.
Ən çox oxunanlar
Son xəbərlər